A2ZAPK

TQSİ - Sual Cavab, Sınaq Testi

TQSİ - Sual Cavab, Sınaq Testi

Downloads: 56389


Free

TQSİ - Sual Cavab, Sınaq Testi / Specifications

TQSİ - Sual Cavab, Sınaq Testi / Screenshots

TQSİ - Sual Cavab, Sınaq Testi Unknown
Loading... TQSİ - Sual Cavab, Sınaq Testi Unknown
Loading... TQSİ - Sual Cavab, Sınaq Testi Unknown
Loading... TQSİ - Sual Cavab, Sınaq Testi Unknown
Loading... TQSİ - Sual Cavab, Sınaq Testi Unknown

TQSİ - Sual Cavab, Sınaq Testi / Description

TQSİ onlarla kateqoriyada olan yüzlərlə sualları cavablaya biləcəyiniz ən gözəl və əyləncəli tətbiqlərdən biridir. Tətbiqin əsas məqsədi istifadəçiləri təhsilə yönləndirməkdir. İstər orta məktəb istər universitet vəsaitlərindən olan suallar mövcuddur. Hər bir kateqoriyada bölmələr yerləşir və suallar asandan çətinə doğru irəliləyir. Hər gün yeni kateqoriya bölmə və suallar əlavə edilir. Sizdə öz bilik səviyyənizi artırmaq istəyirsinizsə heç düşünmədən TQSİ tətbiqini öz mobil telefonunuza quraşdırın və əylənərək öyrənin.

Tətbiq xüsusiyyətləri
• İstifadəçi dostu interfeys (görünüş)
• Asan və rahat qeydiyyat
• Çarx bölməsi
• Yarışma bölməsi
• İmtahan bölməsi
• Canlı müsabiqə bölməsi
• Günlük Testlər bölməsi
• Online olaraq digər istifadəçilər ilə yarışmaq
• İstifadəçi statistikaları
• Liderlər Siyahısı
• Onlarla kateqoriya
• Yüzlərlə sual
• Hər bölmə üçün 4 kömək haqqı
• 50/50 kömək
• Sualı keç köməyi
• İstifadəçilərdən soruş köməyi
• Digər istifadəçilərin statistikalarına baxmaq
• Günlük Aylıq və İndiyədək olan Statistikaları görmək
• İstədəyiniz sualı yadda saxlayaraq təkrar oynamaq
• Qızıl xallar toplayaraq köməklərdən istifadə etmək

******************************************************

NECƏ OYNANILIR?
Əvvəlcə tətbiqi telefonunuza yükləyirsiniz daha sonra isə qeydiyyatdan keçirsiniz. 3 üsulla qeydiyyatdan keçə bilər və ya hesabınıza daxil ola bilərsiniz.
1. Email və Şifrə daxil edərək qeydiyyat (Təsdiq emaili göndərilir və siz təsdiq etməlisiniz)
2. Bir başa Google düyməsinə vuraraq qeydiyyatdan keçmək və ya hesabınıza daxil olmaq (Avtomatik təsdiqlənir)
3. Facebook hesabınızla qeydiyyatdan keçmək və ya daxil olmaq (Avtomatik təsdiqlənir)
4. Telefon nömrəsi ilə qeydiyyatdan keçmək və ya daxil olmaq

Qeydiyyatdan keçdikdən sonra əsas ekrandan istəyinizə uyğun bölməyə daxil olun.

Suallar bölməsinə vurduqda Kateqoriyalar açılır istədiyiniz bir kateqoriyanı seçirsiniz (Qeyd edək ki hər gün yeni kateqoriyalar bölmələr və suallar əlavə edilir) daha sonra həmin kateqoriyaya aid 1. bölməni seçirsiniz. Bölməyə daxil olduqdan sonra sualları doğru cavablandırırsız. Növbəti bölməyə keçmək üçün mövcud bölmədə olan sualların 90% nə doğru cavab verməlisiniz. Bölməni uğurla tamamladıqda artıq növbəti bölməyə keçə bilərsiniz.
• Hər düzgün cavab üçün siz 4 xal qazanırsınız
• Hər yanlış cavab üçün sizin hesabınızdan 2 xal silinir
Bu xallar ilə siz Günlük Aylıq və İndiyədək olan statistikalarda görsənirsiniz. Reytinq xalı çox olan istifadəçi Liderlər Siyahısında ilk sırada yer alır.

Çətinlik yaşadığınız suallarda siz öz qızıl xallarınızdan istifadə edərək kömək əldə edə bilərsiniz. Qeyd edək ki qızıl xallarınız bitdiyində köməkdən istifadə üçün qısa videoları izləyərək bonus qızıl xallardan istifadə edə bilər və çətinlik yaşadığınız suallara asanlıqla doğru cavab verə bilərsiniz.

Yarışlar bölməsində aktiv olan və reytinqi sizə yaxın olan bir istifadəçi ilə qarşı qarşıya yarışırsınız. Hər iki istifadəçiyə eyni suallar verilir və hər iki tərəf öz cavablarını seçdikdən sonra növbəti suala keçid edilir. İstifadəçilərə 15 sual verilir və ən çox doğru cavab verən istifadəçi qalib hesab edilir. Hər iki istifadəçi eyni sayda doğru cavab verirsə yarış bərabərlik ilə sonlanır. Əgər Yarış bölməsinə daxil olduqda aktiv heç bir istifadəçi tapılmazsa siz istəyinizə uyğun olaraq Robort ilə duel edə bilərsiniz.

YARIŞMA
Yarışma bölməsində bir neçə formada yarışlar mövcuddur.
• Qrup yarışmasına daxil olaraq qrup yarada bilər və ya otaq kodunu daxil edərək otağa daxil olaraq dostlarınızla yarışın.
• Qarşı qarşıya yarış bölməsinə daxil olaraq qrup yarada bilər və ya otaq kodunu daxil edərək otağa daxil olaraq dostunuzla yarışın.
• Qarışıq yarış bölməsinə daxil olaraq istədiyiniz kateqoriyanı seçin və oyunçu axtarın əgər həmin kateqoriyada yarışan oyunçu olmazsa robort ilə yarışın.

MÜSABİQƏ
Müsabiqə bölməsinə daxil olaraq canlı keçiləcək olan imtahanlara qoşulun və öz bilik səviyyənizi test edin.

Show More >

TQSİ - Sual Cavab, Sınaq Testi / What's New in vUnknown

* Yeni özəlliklər əlavə edildi.
* Bəzi səhvlər düzəldildi.
* Tətbiq performansı artırıldı.

Choose Download Locations for TQSİ - Sual Cavab, Sınaq Testi vUnknown

TQSİ - Sual Cavab, Sınaq Testi / Tags

Share TQSİ - Sual Cavab, Sınaq Testi At Social Media